Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə imzalayıb - AÇIQLAMA

"Keşlə"dən ayrılan azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.
Redaktor.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi bildirib ki, "Keçiörengücü" klubu ilə müqavilə imzaladığını bildirib.
O, Ankara təmsilçisi ilə sözləşmənin 3 illik olduğunu deyib. İsgəndərli iyunun sonlarında yeni komandası ilə məşqlərə başlayacağını söyləyib: "Rəsmi müqavilə imzalamışam. Klubun forması və sponsoru dəyişilir. Bu səbəbdən mənim keçidimi hələ ki, açıqlamırlar. 26-da komanda ilə məşqlərə başlayacağam".
Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ildən "Keşlə"də çıxış edib. Yarımmüdafiəçi 3 dəfə Azərbaycan millisinin də formasını geyinib. "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir. //Report