İngiltərə millisində ciddi itki - Trent sıradan çıxdı...

İngiltərə millisinin futbolçusu Trent Aleksander-Arnold Avro-2020-ni buraxacaq.
Redaktor.az İngiltərə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, onun adı zədə səbəbindən turnir üçün heyətdən çıxarılıb. Baş məşqçi Qaret Sautqeyt "Liverpul"un müdafiəçisini kimin əvəzləyəcəyinə hələ qərar verməyib.
Qeyd edə ki, Aleksander-Arnold Avsrtiya ilə yoldaşlıq görüşündə (1:0) zədələnib. Britaniya mətbuatı onun təxminən 6 həftəyə hazır ola biləcəyini yazıb. //Qol.az