Bakıda F1 sərbəst yürüşünə start verilib

Bakıda keçirilən "Formula 1" yarışları çərçivəsində F1 sərbəst yürüşlərinə start verilib.
Redaktor.az-ın məlumatına görə, 10 komandanın iştirak etdiyi yürüş 1 saat davam edəcək.
Günün ikinci yarısı F2 sıralama yarışı, onun ardınca isə F1 ikinci sərbəst yürüş keçiriləcək.
"Formula 1" Azərbaycan Qran Prisi iyunun 6-dək davam edəcək. //Trend.az