İrqçilik edən azarkeşə ömürlük cəza

 18:36 04.06.2021     243

“Mançester Siti”nin azarkeşi irqçilik etdiyi üçün sərt cəzalandırılıb.

Redaktor.az “Sky Sport”a istinadən xəbər verir ki, 2019-cu ildə keçirilən “Mançester Siti” – “Mançester Yunayted” matçında (1:2) rəqib komandanın futbolçularına qarşı irqçi şüarlar səsləndirən və jestlər edən azarkeş cəzalandırılıb.

İrqçilik edən fanat 990 avro məbləğində cərimələnib. Bundan başqa, azarkeşin “Mançester Siti”nin oyunlarına buraxılmasına ömürlük qadağa qoyulub. //Qol.az