Azərbaycan boksçusu 1/4 finala yüksəlib -Avropa Olimpiya Təsnifat Turniri

 19:58 04.06.2021     98

Azərbaycan boksçusu Alfonso Dominqes Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.

Redaktor.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançı Olimpiadaya vəsiqə uğrunda ilk döyüşünə çıxıb.

Avropa Oyunlarının qalibi Stefan Hrekullə (Ukrayna) gücünü yoxlayıb. 1/8 final çərçivəsində baş tutan görüş 5:0 (29:28, 30:27, 30:27, 30:25, 30:27) hesabı ilə Dominqesin xeyrinə bitib.

O, 1/4 finalda rusiyalı İmam Xatayevlə üz-üzə gələcək. Döyüş sabah keçiriləcək. Bu çəki dərəcəsində ən güclü 6 boksçu Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Qeyd edək ki, bu gün daha bir boksçumuz rinqə çıxacaq. //APA