Voleybolçularımız "Dördlər finalı"na yüksələ bilməyib

 22:41 04.06.2021     377

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə yığmamız Qızıl Avropa Liqasında ikinci dövrəyə start verib.

A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri Fransadakı dövrəyə İspaniya ilə görüşlə start verib. İlk üç görüşdə xal qazana bilməyən millimiz yenə də rəqibi qarşısında aciz qalıb. Voleybolçularımız gücü cəmi 1 setə çatıb. Nəticədə yenə xal qazana bilməyən yığmamız “Dördlər finalı” arzusunu dəfn edib.

Qeyd edək ki, yalnız qrup qalibi yarımfinala vəsiqə qazanacaq. //APA

Vumart və Güvən reklamı Vumart Güvən