Premyer Liqa klubu Pirlo ilə danışıqlar aparır

 01:16 05.06.2021     422

"Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlo İngiltərədə işləyə bilər.

 Redaktor.az xəbər verir ki, "Everton" italiyalı mütəxəssislə maraqlanır. Premyer Liqa təmsilçisinin artıq mümkün əməkdaşlıqla bağlı Pirlo ilə əlaqə saxlayıb.

Qeyd edək ki, 42 yaşlı çalışdırıcı 2020/2021 mövsümündə "Yuventus"un baş məşqçisi olub. //Qol.az