"Neftçi" albaniyalı futbolçu ilə yollarını ayırıb

 19:51 05.06.2021     84

“Neftçi” klubu futbolçusu Bruno Teluşi ilə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, albaniyalı dayaq yarımmüdafiəçisinin başa çatan müqaviləsi yenilənməyib.

Ölkə çempionu futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Bruno Teluşi ötən ilin oktyabrında "ağ-qaralar"a keçib və 9 oyunda meydanda olub.