Millimizin futbolçusu: Xalqımızı qələbə ilə sevindirmək istəyirik

 20:33 05.06.2021     79

"Sabah bizi çətin oyun gözləyir. Moldova yığması yaxşı komandadır. Biz də görüşə ciddi hazırlaşmışıq".

Redaktor.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Azər Salahlı Moldova ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

"Keşlə"də çıxış edən müdafiəçi bildirib ki, baş məşqçi Canni De Byazi bu rəqibə qarşı necə oynamalı olduqlarını onlara izah edib: "Yoldaşlıq matçı olsa da, bizim üçün önəmlidir. Çünki öz gücümüzü görürük. Sabah qalib gəlib, xalqımızı sevindirmək istəyirik".

Salahlı millidə uzun müddət qalmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: "Sonradan milliyə dəvət aldım. De Byazinin gəlişindən sonra yığmada debüt etdim. Əlimdən gələni etməyə hazıram ki, burada qalıcı olum".

Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. //Report.az