Azərbaycan millisi Fransaya məğlub olub

 00:01 06.06.2021     75

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, yığmamız Qızıl Avropa Liqasında V turun oyununa çıxıb.

A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri Fransa ilə qarşılaşıb. II dövrənin meydan sahibi ilə görüşədək xal qazanmayan yığmamız yenə də uğursuzluğa son qoya bilməyib. "Quru hesablı" məğlubiyyət komandamızın qrup oyunlarını sonuncu pillədə başa vuracağını rəsmiləşdirib.

Qeyd edək ki, millimiz sabahkı son turda Rumıniya ilə görüşəcək.

Qızıl Avropa Liqası
II dövrə
V tur, 5 iyun
22:30. Fransa – Azərbaycan - 3:0 (25:14, 25:19, 25:20)
Hakimlər:
 Vitor Alexandre Qonsalveş (Portuqaliya), Armando Simbari (İtaliya) //APA
Marehal Harnes regional idman zalı

1

İspaniya

5

4

1

14-7

12

2

Fransa

5

3

2

12-7

10

3

Rumıniya

5

3

2

11-10

8

4

Azərbaycan

5

0

5

2-15

0