İdmançımız ermənini məğlub edərək dünya çempionu oldu - VİDEO

 09:38 07.06.2021     357

Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri üzrə Dünya Çempionatının qalibi azərbaycanlı idmançı olub.

Redaktor.az-ın məlumatına görə, çempionatda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yetirməsi Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək, 70 kiloqram çəki dərəcəsində dünya çempionu olub.

Çempionat iyunun 3-dən 6-a kimi davam edib, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib. //Report