“Qarabağ” Qara Qarayevlə yeni müqavilə imzalayıb

 10:58 08.06.2021     253

“Qarabağ” daha bir futbolçu ilə müqaviləni rəsmiləşdirib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Qara Qarayevlə anlaşmanı yeniləyib.

Yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb. Anlaşmanın müddəti 2 ildir. Qarayev “Qarabağ”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, Ağdam klubu bunadək Maksim Medvedev, Bədavi Hüseynov və Elvin Cəfərquliyevlə müqavilələri uzadıb.