Hacımurad Hacıyev də Polşada MEDAL QAZANIB

 22:30 09.06.2021     407

Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində mübarizəyə başlayıb.

Redaktor.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində İran təmsilçisi Yunis İmamişoqayini məğlubiyyətə uğradıb. Hacıyev yarımfinalda eyni ölkənin digər güləşçisi Mustafa Hüseynxaniyə uduzub.

Bürünc medal uğrunda güləşçimiz yerli idmançı Kamil Ribiçki ilə qarşılaşıb. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Hacıyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb. //Axar.az