Tellur Mütəllimov Türkiyədə əməliyyat olunub

 16:32 10.06.2021     282

Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Tellur Mütəllimov Türkiyənin İstanbul şəhərində əməliyyat olunub.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əməliyyatı uğurlu keçən 26 yaşlı yarımmüdafiəçi 1 həftədən sonra məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Tellur Mütəllimov ötən mövsüm "Sumqayıt"ın heyətində 25 oyunda ümumilikdə 2158 dəqiqə meydanda olub. O, həmin matçlarda 3 qol vurub.

Vumart və Güvən reklamı Vumart Güvən