Stadnik üç görüşə 33 xal toplayıb finala çıxdı

 17:12 10.06.2021     347

Azərbaycanın qadın güləşçisi, dünya və Avropa çempionu Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirində finala çıxıb.

Redaktor.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıllıqla Emiliya Alina Vuça (Rumıniya) 12:2, Erin Qolstona (ABŞ) 10:0 və Mariya Tyumerekovanı (Rusiya) 11:1 hesabları ilə məğlub edərək finala yüksəlib.

O, axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Stadnikin rəqibi həmyerlisi, Ukrayna təmsilçisi Oksana Livaç olacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bu yarışda bürünc medal qazanıb. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən