“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib

Ağdamın “Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Redaktor.az-a kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi Kady Yuri Borqes Malinovski ilə 2+1 illik müqavilə imzalayıb.
O, komandada 20 nömrəli formanı geyinəcək.
İyirmi beş yaşlı yarımmüdafiəçi Braziliyanın “Koritiba” klubunun yetirməsidir. Kady Yuri Borqes Malinovski 2019-cu ilədək bu komandada çıxış edib.