“Neftçi” paraqvaylı futbolçunu transfer edib

 13:37 12.06.2021     278

Azərbaycan çempionu “Neftçi” ilk transferini reallaşdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, paraqvaylı futbolçu Sezar Meza Kolli paytaxt təmsilçisi ilə müqavilə imzalayıb. 29 yaşlı pleymeyker yeni komandası ilə 2 illik sazişə qol çəkib. O, “Neftçi”də 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Keşlə” (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/17 mövsümündə “Zirə”də oynayıb. O, bundan başqa İtaliyanın “Çezena” (2011-2012), “Pavia” (2012-2013), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya Krayova” (2018) klublarında çıxış edib.