Dünya futbolu şokdadır: Anidən yerə yıxıldı və... - MATÇ DAYANDIRILDI

 21:15 12.06.2021     608

AVRO-2020-nin B qrupunda keçirilən Danimarka - Finlandiya oyununda şok anlar yaşanıb.

Redaktor.az xəbər verir ki, qarşılaşmanın 43-cü dəqiqəsində danimarkalıların ulduz futbolçusu Kristian Eriksen ürəktutmasından yerə yıxılıb.

Həkimlər onu xəstəxanaya aparıb. Durumu ağır olan Eriksen üçün bütün tribunlar göz yaşlarına qərq olub.

Buna görə matç dayandırılıb. //Qafqazinfo.az