“Stadionda istədiyimiz qədər azarkeş yox idi” - Rob Peyc

 00:17 13.06.2021     427

“Yaxşı başlamaq bizim üçün önəmli idi. Yüksək keyfiyyətə malik rəqibə qarşı oynayırdıq. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq”.

Redaktor.az xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rob Peyc AVRO-2020-nin qrup mərhələsində İsveçrə ilə keçirilən ilk görüşün ardından deyib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşdə britaniyalılar rəqiblə qollu heç-heçə edib – 1:1. //Qafqazinfo.az