UEFA-dan Eriksenin vəziyyəti ilə bağlı AÇIQLAMA

 22:15 12.06.2021     376

UEFA-dan AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən Danimarka - Finlandiya oyunu zamanı vəziyyəti pisləşən futbolçu Kristian Eriksenin vəziyyəti ilə bağlı açıqlama verilib.

Redaktor.az xəbər verir ki, futbolçu xəstəxanaya çatdırılıb və vəziyyət stabilləşib.

Həmçinin, Kristian Eriksenə təxirəsalınmaz tibbi yardım göstərilməsindən sonra hər iki komanda və oyunun rəsmi şəxsləri ilə görüş keçirildiyi bu barədə əlavə məlumatın Mərkəzi Avropa vaxtı ilə 19:45-də veriləcəyi qeyd olunub. //Oxu.az