Zabit Səmədov 2 il sonra rinqə qayıtdı - QALİB GƏLDİ... / VİDEO

 14:40 13.06.2021     340

Azərbaycanın məşhur kikboksçusu və qarışıq döyüş növləri (MMA) ustası Zabit Səmədov iki illik fasilədən sonra rinqə qayıdıb.

Redaktor.az xəbər verir ki,  "Mauqli" ləqəbli idmançı Belarusda keçirilən qarşılaşmada niderlandı Olutobi Ayodeji Kelejaye ilə döyüşüb.

Zabit Səmədov "Quduz it" təxəllüslü rəqibini ikinci raundda nokauta salaraq qalib gəlib.//Qafqazinfo.az