AVRO-2020: Final mərhələlərində 700-cü qol vurulub

 06:19 14.06.2021     259

Avstriya millisi Avropa çempionatlarının final mərhələlərində ilk qələbəsini qazanıb.

Redaktor.az-ın məlumatına görə, Franko Fodanın yetirmələri Şimali Makedoniyanı 3:1 hesabı ilə məğlub edib.

AVRO-2020-yə qədər turnirin final mərhələsində oynayan yığma indiyədək qalib gəlməmişdi.

Bu görüşdə komandasını ikinci dəfə hesabda önə çıxaran Mixael Qreqoriç də tarixə düşüb. O, Avropa çempionatlarının final mərhələlərində 700-cü qolu vurub. //Apasport.az