Məşhur boksçu karyerasını başa vurub

 08:20 14.06.2021     496

WBA (Ümumdünya Boks Assosiasiyası) və WBC (Ümumdünya Boks Şurası) versiyaları üzrə superağır çəkidə keçmiş müvəqqəti dünya çempionu Aleksandr Povetkin idmançı karyerasını başa vurub.

Redaktor.az-ın məlumatına görə, bu barədə 41 yaşlı peşəkar boksçunun özü açıqlama verib.

"İllər aldığını alır. Karyeramı bitirməyi qərara aldım" - Povetkin bildirib.

Daha əvvəl o, koronavirus keçirməsi səbəbindən damar sistemində ciddi problemlərin aşkarlandığını söyləyib.

Qeyd edək ki, Aleksandr Povetkin 2004-cü il Afina Yay Olimpiya Oyunlarında 91 kq-dan yuxarı çəkidə qızıl medal qazanıb. O həm də dünya və ikiqat Avropa çempionudur. Povetkin WBC versiyası üzrə keçmiş müvəqqəti dünya çempionu (2020 - 2021), WBA versiyası üzrə müntəqəm dünya çempionu (2011 - 2013), WBC Silver (2014—2016), WBO International (2017—2018) və WBA Inter-Continental (2017—2018) kəmərlərinin sahibidir. //Report.az