Arıqlamaq üçün necə idman edək? - EKSPERT İZAH EDİR... / VİDEO

 13:04 15.06.2021     786

Artıq çəkidən əziyyət çəkən insanlar bu problemdən azad olmağın müxtəlif yollarını axtarırlar. 

Redaktor.az xəbər verir ki, idmanın insan həyatında vacib rolundan danışan, INBA Qlobal Azərbaycan Birliyinin prezidenti,"Roof-fitness" mərkəzinin baş məşqçisi Elnur Şıxəliyev məsələ ilə bağlı saytımızın suallarını cavablandırıb. 

O bildirib ki, həvəsi və məqsədi olan insan ev şəraitində və parklarda quraşdırılmış idman aparatlarında məşq etmələ də formada qala bilər:

“Biz gördük ki, insanların çoxu arıqlamaq üçün cərrahi yolu seçirlər. Əməliyyatdan sonra isə həkimin onlara ilk tapşırığı, “idman ilə məşqul ol, bədənini qoru” demək olur.

Sözüm odur ki, nə etsəniz də axırda gəlib idmanda, sağlam həyat tərzində dayanacaqsınız.

Bəziləri arıqlamaq üçün ancaq kardio məşqlərinə zaman ayırır, bu da düzgün deyil. Kardioda 1 saata yandırdığınız kalorini bədəninizə uyğun ağırlıq alətlər ilə daha az zamana yandıra bilərsiniz. Gözəl bədən quruluşuna sahib olmaq üçün həftədə ən az 3 gün idman zalında ciddi məşq etmək lazımdır. Həmçinin, sağlam qidalanma da olmalıdır”.

Daha ətraflı videodan izləyin:

Aysel Hacıyeva / Redaktor.az