Azərbaycan çempionatı tamaşaçı ilə keçiriləcək

 17:46 14.06.2021     229

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclasda yeni mövsümün başlanması, əsasnamənin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Qərara alınıb ki, Yüksək Liqada 2021/22-ci il mövsümünə sentyabrın 9-da start verilsin.

Qeyd edək ki, yarış tamaşaçı iştirakı ilə keçiriləcək. Ancaq Nazirlər Kabineti yanında operativ qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID-19 pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarına daxil ola biləcək.