FHN-in idmançısı beynəlxalq turnirdə uğur qazanıb - FOTO

 16:17 14.06.2021     208

Kipr Respublikasının Limasol şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Karate 1 gənclər liqası” beynəlxalq turniri keçirilib.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, turnirdə 37 ölkədən 760-dən çox idmançı mübarizə aparıb. Yarışda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının 2 idmançısı, Nicat Kərimli və Nihad Kərimzadə iştirak edib. Komandanın üzvü Nicat Kərimli 61 kq çəki dərəcəsində komanda kumite yarışlarında rəqiblərinə qalib gələrək bürünc medalın sahibi olub.

İdmançıların ilk məşqçisi əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Akif Kərimov, hazırki şəxsi məşqçiləri isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev iyunun 14-də beynəlxalq turnirdə iştirak etmiş idmançılarla görüşüb. Qalib idmançını təbrik edən Klub rəisi onlara gələcək yarışlarda uğurlar arzulayıb.

2