Türkiyə futbolçularının Bakıda məşqi - VİDEO

 13:27 15.06.2021     231

Sabah Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq Türkiyə millisi məşqinə çıxıb.

Redaktor.az xəbər verir ki, "Bakcell Arena"da gerçəkləşən hazırlıq prosesində yığmanın iki futbolçusunun yarışması xüsusi diqqət çəkib.

Yusuf Yazıcı və İrfan Can Kahveci çərçivəyə dəqiqə zərbə endirməyə çalışıblar. Birinci komanda yoldaşından daha dəqiq oynamağı bacarıb.