UEFA səfər qolu qaydasını ləğv edib

 17:40 24.06.2021     222

2021/22 mövsümündən səfər qolu qaydası ləğv olunub.

Redaktor.az-ın məlumatına görə, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat verib.

Bildirilib ki, UEFA-nın bütün klub yarışlarında iki matçdakı qolların sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq və orada da tablodakı bərabərlik dəyişməsə, penaltilər seriyasına müraciət olunacaq. //APA