Azərbaycanlı idmançı iranlı rəqibini bir dəqiqəyə nokaut edib kəmər qazandı - VİDEO

 18:33 01.07.2021     211

Azərbaycanlı peşəkar kikboksçu Şikar Bədəlov Türkiyənin Konya şəhərində keçirilən KoK (King of Kings) turnirinin kəmərini qazanıb.

Redaktor.az xəbər verir ki, o, 75 kq çəki dərəcəsində iranlı rəqibi İbrahim Xazaini nokauta salaraq qalib gəlib.

O bunu birinci raundun birinci dəqiqəsində bacarıb. Bununla da Şikar KoK kəmərinə sahib çıxıb.

Qeyd edək ki, Şikar Bədəlov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsidir. O, yarışlara Əməkdar məşqçi Hakim Hacıyevin rəhbərliyi altında hazırlaşır. //Axar.az.