Ronaldonun "Yuventus"dakı gələcəyi ilə bağlı - RƏSMİ AÇIQLAMA

"Yuventus"un idman direktoru Federiko Çerubini Kriştiano Ronaldonun Turin təmsilçisindəki gələcəyi ilə bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, klub rəsmisi 36 yaşlı hücumçunun komandadan getməsi ilə bağlı hansısa məsələnin olmadığını bildirib.
Funksioner ulduz futbolçunun keçidi ilə bağlı sadəcə müxtəlif söz-söhbətlərin üzə çıxdığını söyləyib.
O, Ronaldunun tətili başa çatan kimi komandaya qoşulacağını vurğulayıb.
Qeyd edək ki, Kriştianonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayına qədərdir. //Offsideplus.az