Messinin "Barselona" rəhbərliyindən istədikləri açıqlandı - SON ANDA

"Barselona"nın superulduzu Lionel Messi Kataloniya klubu ilə yeni müqavilə bağlamaq üçün danışıqlar aparır.
Redaktor.az xəbər verir ki, sözləşməsinin müddəti ötən ayın 30-da başa çatan aregntinalı hücumçunun irəli sürdüyü şərtlər artıq bəlli olub.
İspaniyanın nüfuzlu "Marca" (Marka) nəşri Messinin şərtlərini ictimaiyyətə açıqlayıb.
Cənubi amerikalı vergi məsələləri ilə bağlı öhdəliklərin şəffaf şəkildə yerinə yetirilməsini istəyir. Lionel iki ildən sonra ABŞ klublarından birinə üz tutacağını istisna etmir və vergilərlə bağlı yarana biləcək problemlərin ona gələcəkdə mane ola biləcəyini düşünür. O, "Barsa"dan COVID-19-un yeni dalğasının geniş vüsət alacağı və bu amilin klubun maliyyə durumuna ciddi təsir edəcəyi halda belə, müqaviləsində nəzərdə tutulan pulları tam şəkildə alacağıyla bağlı təminat tələb edir. Messi anlaşma ərəfəsində əməkhaqqısının azaldılmayacağını və müqavilədə nzərədə tutulan vaxtdan gec olmayaraq hər həftə hesabına köçürülməsini də vacib sayır.
Mənbə bu şərtlər fonunda "Barselona" rəhbərliyinin bir araya gələrək müzakirələr apardığını və indilik ulduz oyunçu barədə dəqiq qərar verilmədiyini vurğulayıb.
Qeyd edək ki, daha öncə kataloniyalıların Leonu komandada saxlamaq üçün Miralem Pyaniç və samuel Yumtitini satmaq istədiyi bildirilmişdi. //Fanat.az.