Ferstappenin qələbə seriyası davam edir

 08:59 05.07.2021     250

Niderlandlı “Red Bull” pilotu Maks Ferstappen Formula 1-in doqquzuncu turu olan Avstriya Qran-Prisində də qələbə qazanıb.

Redaktor.az xəbər verir ki, yarış Şpilberqdəki “Red Bull Ring” arenasında keçirilib.

Bu dəfə ikinci yeri “Mercedes”dən Valtteri Bottas, üçüncü yeri “McLaren”in üzvü  Lando Norris tutub. Dünən “Mercedes”lə müqaviləsini daha iki il uzadan hazırki dünya çempionu Lyüis Hemilton isə finişə dördüncü çatıb.

Beləliklə də, Ferstappen son dörd yarışda qələbə qazanaraq xallarını 182-yə yüksəldib. Onun ən yaxın rəqibi olan Hemiltonun hesabında 150 xalı var. //Oxu.az.