Azərbaycan klubları avrokuboklarda 350-ci qolu vurub

 02:02 08.07.2021     74

Azərbaycan klubları avrokuboklarda 350-ci qolu vurub.

Redaktor.az xəbər verir ki, tarixi qolun müəllifi Namiq Ələsgərov olub.

“Neftçi”nin futbolçusu Çempionlar Liqasının I təsnifat mərhələsinin “Dinamo” ilə Tbilisidəki matçında hesabı açıb. Bu, Azərbaycan futbolu tarixinə yubileylə düşüb.

Bunadək klublarımız 1994-cü ildən başlayan avrokubok tarixində 364 oyunda 349 qol vurmuşdu. Burada nəticəsi ləğv olunan matçlardakı qollar və texniki qələbə üçün hesablanan toplar nəzərə alınmayıb.

Bu qol həm də Azərbaycan klublarının Çempionlar Liqasında 80-ci topu olub. Bunadək komandalarımız 79 dəfə fərqlənib.

Qeyd edək ki, ilk qolumuzu 1995-ci ildə “Austriya” ilə matçda “Kəpəz”in üzvü Yadigar Süleymanov vurub. //Apasport.az.