Tokio-2020: Tamaşaçılarla bağlı qərar açıqlanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri və Yaponiya paytaxtının hakimiyyətinin onlayn formatda görüşü keçirilib.
Redaktor.az-ın məlumatına görə, iclasda koronavirus pandemiyası ilə bağlı durum müzakirə edilib.
Qərara alınıb ki, paytaxtda, həmçinin qonşu Tiba, Kanaqava və Saytamadakı yarışlar tamaşaçısız keçirilsin. //APA