Stanislav Çerçesov Rusiya millisindən ayrılıb

 18:00 08.07.2021     338

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov vəzifəsindən ayrılıb.

Redaktor.az-ın məlumatına görə, bunu Rusiya Futbol İttifaqı açıqlayıb.

Mütəxəssis AVRO-2020-dəki uğursuzluqdan sonra postundan ayrılıb. Onunla İttifaq arasında müqaviləyə qarşılıqlı razlıqla xitam verilib.

Bununla da 58 yaşlı mütəxəssisin yığma karyerası başa çatıb. 2016-cı ildən millinin “sükanı arxası”nda olan Çerçesov DÇ-2018-də komandasını 1/4 finala daşıyıb.

Qeyd edək ki, Rusiya millisi AVRO-2020-də B qrupunda keçirdiyi 3 oyunda 3 xal toplayaraq sonuncu yeri tutub. //APA

Vumart və Güvən reklamı Vumart Güvən