Simeone daha 3 il “Atletiko”da qalacaq

Son İspaniya çempionu "Atletiko" baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzadıb.
Redaktor.az xəbər verir ki, argentinalı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Simeone ilə yanaşı, məşqçilər korpusunun digər üzvlərinin də müqaviləsi uzadılıb.
Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır. //Qafqazinfo.az.