Mahir Emrelini transfer etmək istəyən məşhur klublar - SİYAHI

Azərbaycan millisinin üzvü Mahir Emreli yeni klubu “Legiya”da rəsmi debüt oyununda iki qol vurub. O, dünən Çempionlar Liqasının birinci təsnifat mərhələsində səfərdə “Bude-Qlimt”ə (Norveç) 3:2 hesabı ilə qalib gəldikləri ilk oyunda fərqlənib.
Redaktor.az xəbər verir ki, Mahir Emrelinin anası Elnurə Emreli müsahibəsində oğlunun bu uğuru, Polşa klubuna transferi və Avropa həyatı barədə danışıb. O, oğlunu transfer etmək istəyən klubların bəzilərinin adını açıqlayıb:
"Ona 30-dan çox klubdan transfer təklifi gəlmişdi. Lakin Mahir özü “Legiya”ya keçmək istədi. “Aud Lyeven" (Belçika), “Mexelen” (Belçika), “Rakuv” (Polşa), “Puşkaş” (Macarıstan), “Riu Ave” (Portuqaliya), “Zyulte Vareqem” (Belçika), “Şturm Qrats”ın (Avstriya) adını qeyd edərdim". //Qol.az