Britaniyalı nazirdən italiyalı azarkeşlərə xəbərdarlıq

 08:19 10.07.2021     192

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps italiyalı futbol azarkeşlərinə 11 iyulda Londonda keçiriləcək AVRO-2020-nin finalında iştirakdan imtina etməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, nazir bu barədə fikirlərini “Times” radiosunun efirində səsləndirib.“Onları heç bir yerə buraxmayacaqlar”, - deyə Qrant Şepps vurğulayıb. Nəqliyyat naziri əlavə edib ki, Krallıqdakı karantin qadağaları nəticəsində İngiltərəyə bir çox çarter və birbaşa uçuşlar ləğv edilib.

Qeyd edək ki, AVRO-2020-nin final oyununda İtaliya ilə İngiltərə yığmaları üz-üzə gələcək. Final qarşılaşması iyulun 11-də “Uembli” stadionunda gerçəkləşəcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. //Sherg.az.