“Qarabağ”dan milyonluq TRANSFER

“Qarabağ” qanalı hücumçu Abdul-Aziz Yakubu ilə müqavilə imzalayıb.
Redaktor.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə 4 illik sözləşmə imzalanıb.
Məlumata görə, Ağdam klubu Yakubu üçün klubu “Vitoriya”ya (Gimaraynş) 1 milyon avro ödəyib.
Yakubu ötən mövsüm icarə əsasında Portuqaliyanın 2-ci liqa təmsilçisi “Eştoril”də çıxış edib.
O, bu komanda ilə 34 oyunda 15 qol vurub. //Qafqazinfo.az