Bu gecə Amerika Kubokunun qalibi bəlli olacaq

 19:06 10.07.2021     330

İyulun 11-də futbol üzrə Amerika Kubokunda final oyunu keçiriləcək.

Redaktor.az xəbər verir ki, həlledici görüşdə Braziliya və Argentina yığmaları üz-üzə gələcəklər. Rio-da-Janeyrodakı "Marakana" stadionunda gerçəkləşəcək görüş Bakı vaxtı ilə gecə saat 04:00-da başlayacaq.

"Sambaçılar" 1/4 finalda Çilini, yarımfinalda isə Perunu mübarizədən kənarlaşdırıb. Argentinalılar isə müvafiq olaraq, Ekvador və Kolumbiyanı məğlub ediblər.

Qeyd edək ki, Amerika Kubokunun bürünc medalını Kolumbiya yığması qazanıb. //Report.az.