Azarkeşlər klublarımızın avrokubok oyunlarına buraxılacaq - RƏSMİ

 19:45 10.07.2021     99

Azərbaycan Premyer Liqası klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar AFFA tərəfindən klublara göndəriləcək. //Qafqazinfo.az.5