Bir qrup karateçiyə idman ustası dərəcəsi verilib

 21:27 10.07.2021     94

Yarışlarda yüksək nəticələr əldə edən və uğurlu fəaliyyət göstərən bir qrup karateçi və məşqçiyə Azərbaycan Repsublikasının "İdman ustası" dərəcəsi verilib.

Azərbaycan Karate Federasiyasından (AMKF) Redaktor.az-a verilən məlumata görə, idmançılardan Roman Heydərov, Tale Yaqubov və Novruz Əliyevə, məşqçilərdən isə Tərlan Cavadova dərəcə medalları və vəsiqələrlə yanaşı, AMKF-in Fəxri Diplomları, hədiyyələr və qurumun əməkdaşlıq tərəfdaşı olan Veteran Tankçılar Bİrliyinin Fəxri Fərmanları verilib.

Mükafatları təqdim edən federasiya prezidenti Yaşar Bəşirov idmançı və məşqçilərə hər zaman diqqətlə yanaşıldığını qeyd edərək onlara uğurlar arzulayıb.