İtaliyalı müdafiəçi finalı stadiondan izləyəcək

İtaliya millisinin zədəli futbolçusu Leonardo Spinazzola Londona yollanıb.
Redaktor.az xəbər verir ki, o, sabah Avro-2020-nin finalında İtaliya - İngiltərə matçını izləyəcək. 28 yaşlı müdafiəçi komandasına dəstək olmaq üçün belə bir addım atıb.
Qeyd edək ki, sözügedən görüş sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. //Ölkə.az.