İngiltərədən erkən qol - YENİLƏNİR

 23:24 11.07.2021     308

Bu gecə Avro-2020-nin qalibi müəyyənləşir.

Redaktor.az xəbər verir ki, final matçında İtaliya və İngiltərə milliləri üz-üzə gəlib. Bakı vaxtı ilə 23:00-da başlayacaq matçı niderlandlı hakim Byörn Kuypers idarə edir.

11 iyul Avro-2020 Final 23:00.

İtaliya – İngiltərə

Baş hakim: Byörn Kuypers (Niderland) London.

“Uembli” stadionu

***

Futbol üzrə Avropa çempionatının final matçında üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.

“Uembli” stadionunda keçiriləcək oyunda İtaliya millisinin heyətində meydana Canluici Donnarumma, Emerson, Ciorcio Kellini (k), Leonardo Bonuççi, Ciovanni Di Lorenzo, Jorcinyo, Marko Verratti, Nikolo Barella, Federiko Kiesa, Lorenso İnsiqne və Ciro İmmobile çıxıblar.

İngiltərə yığmasının start heyətində isə Cordan Pikford, Luk Şou, Harri Makuayr, Con Stons, Kayl Uolker, Kieran Trippier, Deklan Rays, Kalvin Filips, Meyson Maunt, Rahim Sterlinq və Harri Keyn (k) yer alıblar.

***

Avropa çempionatının final matçı başlayıb.

***

İngiltərə hesabı açdı. Lyuk Şou 3-cü dəqiqədə fərqləndi. //Qafqazinfo.az

Vumart və Güvən reklamı Vumart Güvən