AVRO-2020-nin rəmzi komandası AÇIQLANIB

 15:36 13.07.2021     97

Azərbaycanın da dörd oyununa ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının rəmzi komandası məlum olub.

Redaktor.az bildirir ki, məlumat UEFA-nın rəsmi saytında dərc edilib.

Beləliklə ən yaxşı “11-lik”də Avropa çempionu olan İtaliya millisindən beş futbolçu yer alıb.

Heyətdə İngiltərə yığmasından üç, Danimarka, Belçika və İspaniya millilərindən isə hərəyə bir futbolçu yer alıb.

Qapıçı: Canluici Donnarumma (İtaliya)

Müdafiəçilər: Kayl Uolker, Harri Maquayr (hər ikisi İngiltərə), Leonardo Bonuççi, Leonardo Spinattsola (hər ikisi İtaliya);

Yarımmüdafiəçilər: Jorjinyo, Federiko Kyeza (hər ikisi İtaliya), Pyer-Emil Höybyerq (Danimarka);

Hücumçular: Pedri(İspaniya), Romelu Lukaku (Belçika), Rəhim Sterlinq (İngiltərə). //Oxu.az