Federer Olimpiadadan imtina edib

İsvəçrəli tennis ustası Rocer Federer Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməməyi qərara alıb.
Redaktor.az bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
Tennisçi dizindəki zədə səbəbindən belə qərara gəldiyini bildirib.
Qeyd edək ki, 39 yaşlı Federer 2008-ci ildə Olimpiadanın qalibi olub (cütlük), 2012-ci ildə isə fərdi yarışlarda gümüş medala sahib çıxıb. //Oxu.az.