“Səbail” qapıçısı ilə yollarını ayırıb

“Səbail” klubu qapıçısı Nikolas Hagenlə yollarını ayırıb.
Redaktor.az bildirir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Qvatemalalı qolkiperin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2020/2021-ci il mövsümündən “Səbail”in şərəfini qoruyan Hagen 27 oyunda meydana çıxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.