“Neftçi” fransalı futbolçu ilə müqavilə bağlayıb

 07:48 16.07.2021     271

“Neftçi” fransalı futbolçu Romen Baskı transfer edib.

Redaktor.az xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 2 il müddətinə müqavilə bağlanıb. O, yeni komandasının heyətində 14 nömrəli formanı geyinəcək.

Romen Bask Fransanın “Keviyi Ruan” (2014-2018) və “Havr” (2018-2021) klublarında çıxış edib. Son mövsümdə “Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suareş və Xəyal Nəcəfovu transfer edib. //Oxu.az.

Vumart və Güvən reklamı Vumart Güvən