Neymar imicini yenə dəyişdi - FOTO

 14:27 16.07.2021     432

PSJ futbol klubunun və Braziliya millisinin hücumçusu Neymar imicində dəyişiklik edib.

Redaktor.az bildirir ki, “Instagram”da braziliyalının sarı hörüklərlə (dred) fotoşəkili yayılıb. O eyni zamanda öz sosial şəbəkə hesabının hekayə bölməsində də yeni stilində paylaşım edib.

Neymar bu yaxınlarda PSJ ilə müqaviləni 2025-ci ilin yayına qədər uzadıb. Keçən mövsüm 29 yaşlı futbolçu Fransa çempionatında 17 oyun keçirib və 9 qol vurub. //Oxu.az

2