"Zirə" niderlandlı hücumçu transfer edib

 16:33 16.07.2021     355

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Redaktor.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, paytaxt təmsilçisi Mohamed Hamdoui ilə müqavilə bağlayıb.

Niderlandlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçunun son klubu ölkəsinin "De Qrafshap" olub. O, həmçinin, "Vittes", "Dordrext" və "Tvente" klublarında da çıxış edib.

Qeyd edək ki, qəsəbə təmsilçisi bunadək Təmkin Xəlilzadə, Ruslan Abışov, Mehdi Cənnətov, Hacıağa Hacılı, Rauf Hüseynli, Anar Nəzirov və Velvis Damakenanı heyətinə qatıb.